Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Oktyabr 2007 00:02

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
- Neapol şəhərində (İtaliya) “Mühəndis əməliyyatları” üzrə seminar (15-16 oktyabr) və “Hərbi Dəniz Qüvvələri əməliyyatlarının planlaşdırılması” mövzusunda işçi görüşü (15-18 oktyabr);
- Salzburq şəhərində (Avstriya) “Hava hərəkatı” mövzusunda seminar (16-18 oktyabr) keçirilir.
Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Ankara şəhərində Türkiyə Silahlı Qüvvələrinin hüquq sistemi ilə tanışlıq (15-17 oktyabr);
Azərbaycan Respublikası ilə Almaniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Bənn şəhərində “Hərbi büdcə sistemi” üzrə ekspert danışıqları (15-18 oktyabr);
Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Risalpur şəhərində “İngilis dili” və “Azərbaycan Respublikası ilə ABŞ arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Nyu Port şəhərində “Beynəlxalq Dəniz Gücü” simpoziumu (16-19 oktyabr) keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.