AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Ukraynanın müdafiə naziri cənab A.Qritsenkonun dəvətilə oktyabrın 22-də Kiyev şəhərində keçiriləcək cənub-şərqi Avropa ölkələrinin Müdafiə nazirlərinin toplantısında iştirak etmək üçün dünən Kiyev şəhərinə yola düşmüşdür.
Toplantıda regional təhlükəsizlik, terrorizmə qarşı birgə mübarizə, regional sülhyaratma və humanitar əməliyyatlara töhfə məsələləri müzakirə ediləcəkdir.