Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Qırğızıstan Respublikasının müdafiə naziri general-leytenant İsmayıl İsakovun dəvətilə oktyabrın 16-da Bişkek şəhərinə rəsmi səfərə yola düşmüşdür.
Səfər zamanı Qırğızıstan Parlamentinin sədri, Baş nazir və Dövlət katibi ilə görüşlər, həmçinin iki dövlətin Müdafiə Nazirlikləri arasında hərbi təhsil haqqında protokol ve 2008-ci il üçün ikitərəfli hərbi əmakdaşlıq üzrə iş planının imzalanması nəzərdə tutulmuşdur.
Səfər oktyabrın 17-də başa çatacaqdır.