AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 4-də saat 07:25-dən 07:55-dək Xanlar rayonunun ərazisindəki Ömər dağında yerləşən mövqelərdən;- saat 09:00-dan 21:25-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən;- saat 16:10-dan oktyabrın 5-i saat 06:10-dək fasilələrlə Ağdam rayonunun Cəvahirli, Mərzili və Yusifcanlı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;- saat 20:00-dan oktyabrın 5-i saat 02:00-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Veysəlli və Aşağı Əbdürrəhmanlı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;- saat 22:00-dan 22:45-dək Tərtər rayonunun Çaylı kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 3-də saat 16:10-dan 16:20-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 16:30-dan 16:50-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 2-də saat 18:20-dən 19:05-dək və saat 22:00-dan 22:35-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən;- saat 23:15-dən 23:30-dək, oktyabrın 3-də saat 01:05-dən 01:15-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Oktyabrın 2-də Azərbaycan Respublikası Müdafiə Nazirliyində Litva Respublikasının Milli müdafiə naziri cənab Youzas Olekasın təntənəli qarşılanma mərasimi olmuşdur.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:- Almatı şəhərində (Qazaxstan) “Vyana-99 Sənədi” çərçivəsində kurs (1-6 oktyabr);- Brüssel və Mons şəhərlərində (Belçika) Tərəfdaş ölkələrin qərargah zabitləri üçün tanışlıq kursu (1-11 oktyabr);- Roma şəhərində (İtaliya) Tərəfdaş zabitlərin orientasiya kursu (1-12 oktyabr);- Brüssel şəhərində (Belçika) “Silahlara nəzarət” üzrə seminar (4-5 oktyabr) keçirilir.
Oktyabrın 1-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Müdafiə katibinin Koalisiya, Sülhməramlı və Çəxmillətli Əməkdaşlıq üzrə köməkçisinin müavini vəzifəsinin icraçısı xanım Debra Keqenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 30-da saat 20:30-dan 20:40-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 21:35-dən saat 23:00-dək fasilələrlə Ağdam rayonunun Cəvahirli, Şıxlar və Çıraqlı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;- saat 21:45-dən oktyabrın 1-i saat 06:20-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən;- saat 00:45-dən saat 05:50-dək fasilələrlə Ağdam rayonunun Cəvahirli, Sarıcalı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;- saat 06:50-dən saat 07:05-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.