Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Oktyabr 2007 00:01

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
- Almatı şəhərində (Qazaxstan) “Vyana-99 Sənədi” çərçivəsində kurs (1-6 oktyabr);
- Brüssel və Mons şəhərlərində (Belçika) Tərəfdaş ölkələrin qərargah zabitləri üçün tanışlıq kursu (1-11 oktyabr);
- Roma şəhərində (İtaliya) Tərəfdaş zabitlərin orientasiya kursu (1-12 oktyabr);
- Brüssel şəhərində (Belçika) “Silahlara nəzarət” üzrə seminar (4-5 oktyabr) keçirilir.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Ankara şəhərində “Bronxoskopiya və invaziv diaqnostika üsulları” üzrə kurs (01 oktyabr -31 dekabr) və Hemodializ kursu (1 oktyabr -1 aprel 2008);
Azərbaycan Respublikası ilə Rumıniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Buxarest şəhərində Rabitə mərkəzinin operatorları üçün ixtisas kursu (1-19 oktyabr) və “İntensiv İngilis dili” kursu (1 oktyabr-8 fevral 2008);
Azərbaycan Respublikası ilə Almaniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Hürt şəhərində “Quru Qoşunları zabiti” və “Hərbi Dəniz Qüvvələri zabiti” kursları (4 oktyabr-31 oktyabr 2010), keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.