Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Oktyabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 4-də saat 07:25-dən 07:55-dək Xanlar rayonunun ərazisindəki Ömər dağında yerləşən mövqelərdən;
- saat 09:00-dan 21:25-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən;
- saat 16:10-dan oktyabrın 5-i saat 06:10-dək fasilələrlə Ağdam rayonunun Cəvahirli, Mərzili və Yusifcanlı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 20:00-dan oktyabrın 5-i saat 02:00-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Veysəlli və Aşağı Əbdürrəhmanlı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 22:00-dan 22:45-dək Tərtər rayonunun Çaylı kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.