AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 14-də saat 12:15-dən 12:30-dək Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı və Məzəmli kəndləri sahəsində yerləşən mövqelərini;- saat 13:30-dan 14:45-dək Daşkəsən rayonunun ərazisindəki Ağçınqıldağ dağında yerləşən mövqelərdən;- saat 21:10-da Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 20:30-dan oktyabrın 15-i saat 03:15-dək fasilələrlə Ağdam rayonunun Yusifcanlı və Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən;- saat 22:30-dan oktyabrın 15-i saat 01:50-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən;- saat 04:20-dən 04:50-dək Tərtər rayonunun Çiləbürt kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 12-də saat 21:00-dan 23:55-dək fasilələrlə və oktyabrın 13-ü saat 05:25-dən 05:30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Əbdürrəhmanlı və Qaraxanbəyli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;- saat 00:10-dan 02:20-dək fasilələrlə Ağdam rayonunun Cəvahirli və Yusifcanlı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 10-da saat 23:30-dan oktyabrın 11-i saat 00:10-dək və saat 02:00-dan 02:10-dək Tərtər rayonunun Çaylı kəndinin yaxınlığında yerləşən mövqelərdən;- saat 23:45-dən oktyabrın 11-i saat 05:55-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən;- saat 02:30-dan 06:40-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qaraxanbəyli kəndinin yaxınlığında yerləşən mövqelərdən;- saat 05:10-dan 05:25-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Dünən gecə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin bir neçə kursantı ilə mülki şəxslər arasında anlaşılmazlıq yarandığından mübahisə düşmüşdür.
Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 9-da saat 12:05-dən oktyabrın 10-u saat 06:20-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Veysəlli kəndinin yaxınlığında yerləşən mövqelərdən;- saat 12:45-dən oktyabrın 10-u saat 00:55-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən;- saat 13:30-dan oktyabrın 10-u saat 04:25-dək fasilələrlə Ağdam rayonunun ərazisindəki adsız yüksəkliklədə və Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən;- saat 23:45-dən oktyabrın 10-u saat 00:05-dək Tərtər rayonunun Çiləbürt kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 8-də saat 20:10-dan 20:45-dək Tərtər rayonunun Seysulan kəndinin yaxınlığında yerləşən mövqelərdən;- saat 21:05-dən 22:05-dək və saat 22:24-dən 22:38-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən;- saat 21:50-dən 22:00-dək və saat 23:25-dən 23:30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Veysəlli kəndində yerləşən mövqelərdən;- saat 20:30-dan oktyabrın 9-u saat 05:45-dək fasilələrlə Ağdam rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən;- saat 05:15-dən 05:20-dək Füzuli rayonunun Aşağı Veysəlli kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində- Tirana şəhərində (Albaniya) “Cooperative Lancer /Longbow 2007” təliminin 1-ci fazası (7-16 oktyabr);- Oberammerqau şəhərində (Almaniya) “Maddi-Texniki Təminat” üzrə kurs (8-12 oktyabr);- Bakı şəhərində (Azərbaycan) “Çoxmillətli Birləşmiş Tapşırıq Qüvvələri” üzrə kurs (8-12 oktyabr);- İrpin şəhərində (Ukrayna) “Sülhməramlı əməliyyatlarda tibbi dəstək” mövzusunda beynəlxalq hərbi tibbi, elmi və praktiki konfrans (9-11 oktyabr);- Florensiya şəhərində (İtaliya) “Döyüş əməliyyatları zonasında hava yolu ilə daşımalar” mövzusunda seminar (12-13 oktyabr) keçirilir.
Oktyabrın 8-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində Qazaxıstanın müdafiə naziri cənab Danial Axmetovun təntənəli qarşılanma mərasimi olmuşdur.
Oktyabrın 6-da Milaz.info saytında “Turan” informasiya agentliyinə istinadən Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyin kursantları üçün sifariş edilən idman formalarında Azərbaycan Bayrağının guya tərs təsvir olunduğu barədə məlumat verilmişdir.
Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 5-də saat 21:25-dən 22:00-dək Füzuli rayonunun Aşağı Veysəlli kəndinin yaxınlığında yerləşən mövqelərdən;- oktyabrın 6-da saat 02:00-dan 02:30-dək Tərtər rayonunun Göyarx kəndinin yaxınlığında yerləşən mövqelərdən;- saat 02:00-dan saat 02:20-dək və saat 04:45-dən 04:50-dək Ağdam rayonunun Cəvahirli kəndinin, saat 06:15-dən 06:25-dək isə Şıxlar kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.