Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Oktyabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 10-da saat 23:30-dan oktyabrın 11-i saat 00:10-dək və saat 02:00-dan 02:10-dək Tərtər rayonunun Çaylı kəndinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 23:45-dən oktyabrın 11-i saat 05:55-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən;
- saat 02:30-dan 06:40-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qaraxanbəyli kəndinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 05:10-dan 05:25-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.