Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Oktyabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 5-də saat 21:25-dən 22:00-dək Füzuli rayonunun Aşağı Veysəlli kəndinin yaxınlığında yerləşən mövqelərdən;
- oktyabrın 6-da saat 02:00-dan 02:30-dək Tərtər rayonunun Göyarx kəndinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 02:00-dan saat 02:20-dək və saat 04:45-dən 04:50-dək Ağdam rayonunun Cəvahirli kəndinin, saat 06:15-dən 06:25-dək isə Şıxlar kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.