Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Oktyabr 2007 00:03

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq,  “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində
- Tirana şəhərində (Albaniya) “Cooperative Lancer /Longbow 2007” təliminin 1-ci fazası (7-16 oktyabr);
- Oberammerqau şəhərində (Almaniya) “Maddi-Texniki Təminat” üzrə kurs (8-12 oktyabr);
- Bakı şəhərində (Azərbaycan) “Çoxmillətli Birləşmiş Tapşırıq Qüvvələri” üzrə kurs (8-12 oktyabr);
- İrpin şəhərində (Ukrayna) “Sülhməramlı əməliyyatlarda tibbi dəstək” mövzusunda beynəlxalq hərbi tibbi, elmi və praktiki konfrans (9-11 oktyabr);
- Florensiya şəhərində (İtaliya) “Döyüş əməliyyatları zonasında hava yolu ilə daşımalar” mövzusunda seminar (12-13 oktyabr) keçirilir.
Azərbaycan Respublikası ilə Rumıniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Bakı şəhərində “Strateji Müdafiə İcmalının hazırlanması və Müdafiənin planlaşdırılması” üzrə məsləhətləşmələr (8-10 oktyabr);
Azərbaycan Respublikası ilə Almaniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Bonn şəhərində “Hərbi qanunvericilik və yurisdiksiya” üzrə ekspert danışıqları (8-10 oktyabr ) və Hürt şəhərində “Tibb Xidməti zabiti” kursu (8 oktyabr 2007-31 mart 2009) keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.