Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Oktyabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 9-da saat 12:05-dən oktyabrın 10-u saat 06:20-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Veysəlli kəndinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 12:45-dən oktyabrın 10-u saat 00:55-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən;
- saat 13:30-dan oktyabrın 10-u saat 04:25-dək fasilələrlə Ağdam rayonunun ərazisindəki adsız yüksəkliklədə və Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 23:45-dən oktyabrın 10-u saat 00:05-dək Tərtər rayonunun Çiləbürt kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.