Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Oktyabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 14-də saat 12:15-dən 12:30-dək Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı və Məzəmli kəndləri sahəsində yerləşən mövqelərini;
- saat 13:30-dan 14:45-dək Daşkəsən rayonunun ərazisindəki Ağçınqıldağ dağında yerləşən mövqelərdən;
- saat 21:10-da Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 20:30-dan oktyabrın 15-i saat 03:15-dək fasilələrlə Ağdam rayonunun Yusifcanlı və Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 22:30-dan oktyabrın 15-i saat 01:50-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən;
- saat 04:20-dən 04:50-dək Tərtər rayonunun Çiləbürt kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.