Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Oktyabr 2007 00:01

Müdafiə Nazirliyinin məlumatı

Oktyabrın 6-da Milaz.info saytında “Turan” informasiya agentliyinə istinadən Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyin kursantları üçün sifariş edilən idman formalarında Azərbaycan Bayrağının guya tərs təsvir olunduğu barədə məlumat verilmişdir.
Həmin məlumatda idman formalarının İran İslam Respublikasından gətirilərək bazarlarda kütləvi surətdə satılması da qeyd olunur.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mətbuat Xidməti bəyan edir ki, yayılmış məlumat tamamilə yanlışdır, həqiqəti əks etdirmir. Hərbi Liseyin kursantları üçün idman formaları Azərbaycanın özündə hazırlanır.