Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Oktyabr 2007 00:02

Müdafiə Nazirliyinin məlumatı

Oktyabrın 8-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində Qazaxıstanın müdafiə naziri cənab Danial Axmetovun təntənəli qarşılanma mərasimi olmuşdur. Qonağın şərəfinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Fəxri Qarovulu düzülmüş, Azərbaycan və Qazaxıstan Respublikalarının dövlət himnləri səslənmişdir.
General-polkovnik S.Əbiyevlə cənab D.Axmetov arasında olan təkbətək görüşdən sonra tərəflərin nümayəndə heyətləri geniş tərkibdə görüşmüşlər.
S.Əbiyev qonaqları salamlayaraq qeyd etmişdir ki, müstəqilliyin ilk dövrlərindən başlanmış bu dostluq əlaqələri bu gün daha böyük inkişaf səviyyəsinə çatmışdır. Milli iqtisadi, mədəni əlaqələr sahəsində, eyni zamanda hərbi sahədə uğurlar əldə edildiyini önə çəkən müdafiə naziri S.Əbiyev Azərbaycan və Qazaxıstan Respublikaları arasında qardaşlıq münasibətlərinin bu günkü səviyyəsinə görə hər iki dövlət başçısının fəaliyyətini xüsusi vurğulamışdır.
Görüş zamanı S.Əbiyev qonağa Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemler barədə məlumat vermiş və bildirmişdir ki, münaqişənin həll edilməməsi regionda həyata keçirilən bir sıra beynəlxalq layihələri təhlükə altına qoymaqla daxili iqtisadi inkişafa da ciddi maneçiliklər törədir. Nazir, həmçinin 20 faiz torpaqlarımızın işğal edildiyini, təcavüz nəticəsində 1 milyon qaçqın və məcburi köçkünümüzün olduğunu qonağın diqqətinə çadırmış və qeyd etmişdir ki, bu vəziyyətə artıq dözmək olmur.
Cənab D.Axmetov səmimi qəbul üçün Azərbaycanın müdafiə naziri S.Əbiyevə öz təşəkkürünü bildirərək Qazaxıstan-Azərbaycan əməkdaşlığının inkişaf perspektivlərindən danışmışdır.
Görüşün sonunda Müdafiə nazirləri İkitərəfli Hərbi Əməkdaşlıq Planını imzalamışlar.