Oktyabrın 1-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Müdafiə katibinin Koalisiya, Sülhməramlı və Çəxmillətli Əməkdaşlıq üzrə köməkçisinin müavini vəzifəsinin icraçısı xanım Debra Keqenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüş zamanı müdafiə naziri Azərbaycan-ABŞ hərbi əməkdaşlığının inkişaf istiqamətlərindən, regiondakı vəziyyətdən və sülhməramlı qüvvələrimizin fəaliyyətindən söhbət açmışdır.
Xanım D.Keqen Azərbaycan Sülhməramlı Qüvvələri bölmələrinin göstərdiyi layiqli xidmətə görə ABŞ hökuməti və təmsil etdiyi qurum adından öz minnətdarlığını bildirmişdir.
Görüşdə ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Enn Dörsi iştirak etmişdir.