Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Oktyabr 2007 00:02

Müdafiə Nazirliyinin məlumatı

Oktyabrın 2-də Azərbaycan Respublikası Müdafiə Nazirliyində Litva Respublikasının Milli müdafiə naziri cənab Youzas Olekasın təntənəli qarşılanma mərasimi olmuşdur. Qonağın şərəfinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Fəxri Qarovulu düzülmüş, Azərbaycan və Litva Respublikalarının dövlət himnləri səslənmişdir.
Müdafiə naziri general-polkovnik S.Əbiyevlə cənab Youzas Olekas arasında təkbətək görüş keçirilmişdir. Sonra isə tərəflərin nümayəndə heyətləri geniş tərkibdə görüşmüşlər.
General-polkovnik S.Əbiyev qonaqları salamlayaraq hər iki ölkə arasındakı dostluq münasibətlərinin mövcud inkişaf səviyyəsinin qənaətbəxş olduğunu diqqətə çatdırmışdır. O, qeyd etmişdir ki, Litva Respublikasının NATO-ya üzv olması və onun bu yolda əldə etdiyi təcrübə Azərbaycanın maraq dairəsindədir. Biz bu təcrübəni diqqətlə izləyirik.
Cənab Y.Olekas səmimi qəbul üçün Azərbaycanın müdafiə nazirinə təşəkkürünü bildirmiş və əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulamışdır.
Sonda nazirlər İkitərəfli Hərbi Əməkdaşlıq Planını imzalamışlar.
Görüşdə Litva Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Kestutis Kudzmanas iştirak etmişdir.