Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Oktyabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 30-da saat 20:30-dan 20:40-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 21:35-dən saat 23:00-dək fasilələrlə Ağdam rayonunun Cəvahirli, Şıxlar və Çıraqlı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 21:45-dən oktyabrın 1-i saat 06:20-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən;
- saat 00:45-dən saat 05:50-dək fasilələrlə Ağdam rayonunun Cəvahirli, Sarıcalı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 06:50-dən saat 07:05-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.