Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Oktyabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 18-də saat 17:45-dən oktyabrın 19-u saat 00:40-dək fasilələrlə Ermənistan Respublikası İcevan və Berd rayonlarının Berkaber və Çinari kəndlərindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı, Tovuz rayonunun Əsrik Cırdaxan və Ağbulaq kəndləri yaxınlığında yerləşən mövqelərini;
- saat 22:20-dən 22:40-dək Ağdam rayonunun Şıxlar kəndinin yaxınlığında yerləşən mövqelərdən oktyabrın 19-u saat 04:00-dan 04:05-dək Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən;
- saat 04:30-dan 04:40-dək Tərtər rayonunun Çiləbürt kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.