Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Oktyabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 21-də saat 17:45-dən 17:50-dək və saat 04:50-dən 04:55-dək Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən;
- saat 18:50-dən 19:00-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 19:20-dən oktyabrın 22-si saat 02:35-dək fasilələrlə Ağdam rayonunun Yusifcanlı və Cəvahirli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;
- oktyabrın 22-də saat 02:15-dən 02:35-dək Tərtər rayonunun Çiləbürt kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.