Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Oktyabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 16-da saat 09:50-dən 14:10-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini;
- saat 17:50-dən 19:50-dək fasilələrlə Ermənistan Respublikası İcevan və Berd rayonlarının Berkaber və Ayqepar kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı, Məzəmli və Tovuz rayonunun Əlibəyli kəndləri sahəsində yerləşən mövqelərini;
- saat 22:55-dən 23:20-dək və oktyabrın 17-si saat 05:30-dan 05:35-dək Ağdam rayonunun Şıxlar və Cəvahirli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 01:10-dan 01:45-dək Tərtər rayonunun Çiləbürt kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.