Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Oktyabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 17-də saat 16:20-dən 16:25-dək və saat 18:30-dan 18:45-dək Ermənistan Respublikası İcevan və Berd rayonlarının Berkaber və Çinari kəndlərindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı və Tovuz rayonunun Əsrik Cırdaxan kəndləri yaxınlığında yerləşən mövqelərini;
- saat 16:45-dən oktyabrın 18-i saat 01:30-dək fasilələrlə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 23:50-dən oktyabrın 18-i saat 00:12-dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 00:10-dan 00:25-dək Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən;
- saat 05:25-dən 05:35-dək Ağdam rayonunun Şıxlar və Cəvahirli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.