Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Oktyabr 2007 00:02

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
- Bakı şəhərində NATO-nun Ali Müttəfiq Transformasiya Komandanlığının ekspert qrupu ilə görüşlər (22-24 oktyabr);
- İzmir şəhərində (Türkiyə) “Hava döyüşləri üzrə heyətin təlimi” mövzusunda işçi görüşü (23-24 oktyabr) keçirilir.
Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, İstanbul şəhərində “Türkiyə Hərbi Dəniz Qüvvələrində staj” (22 oktyabr-16 noyabr) və Ankara şəhərində “Anadolu-2007” təlimi (22 oktyabr-04 noyabr) keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.