AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Dövlət sərhədlərimiz Ermənistan tərəfindən yenidən pozulub.
ZƏNGİLANİyulun 14-də saat 22:00-dan 23:00-dək rayonun Seyidlər kəndi Ermənistanın Qafan rayonu, Vejnəli kəndi isə Mehri istiqamətindən müxtəlif təyinatlı silahlardan atəşə tutulmuşdur.
Düşmən qüvvələri hərbi üstünlüyü itirdikdən sonra fəallığa can atırlar.
ZƏNGİLANGün ərzində rayonun Yuxarı Yeməzli, Qazançı, Seyidlər, Şərikan kəndləri Ermənistanın Qafan rayonu ərazisindən toplardan ara-sıra atəşə tutulur.
TƏRTƏRAğdərə istiqamətində dəyişiklik olmayıb.
Ağdam bölgəsində gərginlik davam edir.
NAXÇIVANGün ərzində Sədərək qəsəbəsi Ermənistan tərəfindən müxtəlif təyinatlı silahlardan atəşə tutulması fasilələrlə davam edir.
QAZAXİyulun 11-nə keçən gecə rayonun Aşağı Əskipara, Qızıl Hacılı və Quşçu Ayrım kəndləri Ermənistanın İcevan və Noyemberyan rayonlarının ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə tutulmuşdur.
QAZAXİyulun 10-da saat 01:00-dan başlayaraq rayonun Köhnə-qışlaq kəndi Ermənistanın Noyemberyan rayonu ərazisindən pulemyot və avtomatlardan atəşə tutulmuşdur.
İyulun 10-na keçən gecə Füzuli və Cəbrayıl bölgələrinin Yuxarı Qarabağla bitişik kəndləri Ermənistan Silahlı Qüvvələri tərəfindən müxtəlif təyinatlı silahlardan atəşə tutulmuşdur.