QUBADLI: Ermənilər hal-hazırda Yuxarı Fərəcan, Aşağı Fərəcan və Səfiyan kəndlərində yerləşiblər. Güləbird sual altındadır. Hal-hazırda sakitlikdir.
QUBADLI: Aşağı və Yuxarı Fərəcan, Səfiyan ermənilər tərəfdən işğal olunub. Vəziyyət çox ağırdır. Bizim texnikamız yoxdur, bu səbəbə görə biz geri çəkilirik. Güləbirddə yerləşən 5-ci batalyon mövqelərini atıb və qaçıblar. Güləbirdin taleyi sual altındadır. Hal-hazırda güclü artilleriya atışması gedir. Bizə texnika lazımdır. Güləbird qalıb ortalıqda. İtki azdır. Amma vəziyyəti bərpa edəcəyik.
QUBADLI: Səfiyana və Güləbirdə ermənilər daxil olmayıb. Sadəcə olaraq bizimkilər mövqelərini atıblar, qaça-qaç düşüb. Əgər Səfiyan və Güləbirdə ermənilər daxil olsa, Qubadlıda panika başlayacaq. İtki çox azdır. Ermənilər dövlət sərhədini pozaraq Cicimli və Qazıdərəsi tərəfdən hücum ediblər.
ZƏNGİLAN: Sakitlikdir.
TOVUZ: Sakitlikdir.
QAZAX: Sakitlikdir.
AĞSTAFA: Dünən 19:30-da Köhnə Qışlaq postu top və pulemyot atəşinə tutulub. İtki yoxdur.
GƏDƏBƏY: Sərhəd boyu ermənilərin texnikası və canlı qüvvəsi cəmləşir.
FÜZULİ: Bütün gecəni və hal-hazırda Qacar istiqamətində və Uryandağda döyüşlər davam edir. Füzuli şəhərində sakitlik olub. Yaralananlar var.
CƏBRAYIL: Dünən 5 və 6 arası Sur postunda atışma nəticəsində iki nəfər yaralanıb. Ara-sıra atışma olub. Hal-hazırda sakitlikdir.
AĞDAM: Bütün gecə bütün cəbhə boyu ara-sıra atışmalar olub. Səhər saat 7-də Gülablı istiqamətindən Qullar kəndinə toplardan atəş açılıb. İtki yoxdur.
AĞDƏRƏ: Vəziyyət dəyişmir. Mövqelərimiz dəyişməyib. Hava şəraiti pisdir. Ona görə də irəliləyiş yoxdur. Ara-sıra atışmalar olur.
NAXÇIVAN: Tam sakitlikdir.