Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Oktyabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Erməni silahlı qüvələrinin həm Azərbaycanla həmsərhəd rayonlarında, həm də Qarabağda yerləşən bölmələri öz təcavüzkar hərəkətlərini davam etdirir, yaşayış məntəqələrimizi və döyüşçülərimizin mövqelərini atəşə tuturlar, hazırda ən gərgin vəziyyət Qubadlı və Laçın bölgələrindədir. Bu gün səhər tezdən düşmənin Deştahat məntəqəsi ətrafındakı postlarımıza hücumu döyüşçülərimiz tərəfindən dəf edilmişdir. Bu bölgələrdəki Ermənistanla həmsərhəd olan kəndlər müxtəlif təyinatlı silahlardan atəşə tutulur.
Qarabağın bütün bölgələrində döyüşlər davam edir. Ağdam istiqamətində yerləşən qüvvələrimiz Qazançı – Sırxavənd, Gülablı – Qarakənd istiqamətlərində döyüş əməliyyatları aparırlar. Ordumuzun Ağdərə bölgəsində yerləşən bölmələri Kiçan və Sırxavənd kəndlərini artilleriya nəzarəti altında saxlayırlar. Oktyabrın 12-də, bütün gün ərzində Xocavəndin cənubunda – Çartaz, Yuxarı Veysəlli istiqamətlərində, habelə Uryandağ ətrafında gərgin döyüşlər gedib. Cəbrayıl istiqamətində yerləşən bölmələrimizin mövqeləri isə Hadrut istiqamətindən atəşə tutulub. Döyüşçülərimiz düşmənə layiqli cavab veriblər.
Digər münaqişə bölgələrində nisbi sakitlikdir.