Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Oktyabr 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

Son vaxtlar Füzuli bölgəsində vəziyyət xeyli gərginləşmişdir. Atəşin dayandırılmasının elan edilməsindən istifadə edən erməni ekspedisiya korpusu Füzuli bölgəsində şiddətli hücuma keçiblər. Füzulidən aldığımız məlumata görə Erməni Ordusunun hücumunun qarşısı oktyabrın 13-ü səhər tamamilə alınmışdır.
Dünən axşam Laçın dəhlizinin təhlükəsizliyini təmin etmək üçün ermənilər bizim Başarat və Səfiyan kəndlərimizdəki mövqelərimizə hücum etmişlər. Cavab atəşi ilə düşmənin çoxlu canlı qüvvəsi məhv edilmişdir. 2 topu, 2 “Qrad” tipli qurğusu, BMP, 1 tank ermənilərdən qənimət kimi alınıb.
Ağdam cəbhəsində də ara-sıra atışmalar davam edir. Zəngilan rayonunun Bartaz və Seyidlər, Gədəbəy rayonunun Mormor, Qazax rayonunun Quşçu-Ayrım, Fərəhli və Şıxlı, Ağstafa rayonunun Köhnə Qışlaq kəndləri top atəşinə tutulub. Bartaz kəndində 4 döyüşçümüz yaralanıb. Gədəbəy rayonunun atəşə tutulması Rusiya müşahidəçiləri tərəfindən qeydə alınıb.
Tovuz, Cəbrayıl, Ağdərə, Kəlbəcər rayonlarında və Naxçıvan MR-da sakitlikdir.