Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Oktyabr 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

Erməni silahlı qüvvələri həm sərhəd boyu, həm də Qarabağda yerləşən bölmələri yaşayış məntəqələrimizi və döyüşçülərimizin mövqelərini atəşə tutmaqda davam edirlər.
Dünən axşam Qubadlı rayonunun Muradxanlı kəndi Ermənistanın Gorus rayonu istiqamətindən top atəşinə tutulub.
Ötən gecə Füzuli rayonu istiqamətindəki mövqelərimiz Ermənistan ekspedisiya korpusunun Qarabağda yerləşən bölmələri tərəfindən, Ağdam rayonunun ərazisi isə Əsgəran istiqamətindən ara-sıra atəşə tutulub. Qarabağın şimalında – Ağdərə bölgəsində mövqe döyüşləri bölmələrimizin üstünlüyü şəraitində davam edir.
Digər münaqişə bölgələrində nisbi sakitlikdir.