Azərbaycanın sərhəd bölgələrindən olan Laçın və Qubadlı rayonlarında vəziyyət çox gərgin olaraq qalır. Düşmən xeyli canlı qüvvə və zirehli texnika toplayaraq Cicimli və Qazıdərəsi istiqamətindən Azərbaycanın dövlət sərhədini pozmuşlar. Erməni ordusu hissələrinin təzyiqi altında bölmələrimiz Yuxarı və Aşağı Fərəcan, Səfiyan, Türklər, Quşçular, Güləbird kəndlərini tərk etməli olublar. Ağır döyüşlər gedir. Laçının işğal olunmuş kəndləri tərəfindən Muradxanlı kəndi top atəşinə tutulub.
Füzuli cəbhəsində də vəziyyət gərgindir. Milli Ordumuzun Füzuli bölmələri əsas istiqamətlərdə düşmənin hücumunun qarşısını almışlar. Ağdərə rayonunda vəziyyət daha yaxşıdır. Qoşunlarımız Vəngli, Araçadzor və Sırxavənd kəndlərinə çatmışlar.
Digər münaqişə bölgələrində nisbi sakitlikdir.