AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İyulun 25-nə keçən gecə Ağdərə rayonunun ərazisində döyüşlər davam edib.
TƏRTƏRÖtən gecə Ağdərə ərazisində vəziyyət gərgin olaraq qalmışdır.
AĞDAMİyulun 24-də saat 17:30-dan başlayaraq Ağdam şəhəri Əsgəran istiqamətindən “Qrad” tipli qurğulardan atəşə tutulmuşdur.
İyulun 24-nə keçən gecə Ağdərə rayonunun İmarət Qərvənd, Çapar, Zərdəxaç kəndləri ətrafında döyüşlər gedib.
İyulun 23-nə keçən gecə Kəlbəcər bölgəsində vəziyyət kəskinləşib.
KƏLBƏCƏRİyulun 23-nə keçən gecə vəziyyət kəskinləşmişdir.
AĞDAMİyulun 22-nə keçən gecə rayonun Əliağalı, Qaralar və Ağdam şəhəri Əsgəran istiqamətindən tanklardan ara-sıra atəşə tutulur.
Yuxarı Qarabağın Ağdərə bölgəsinə Ermənistandan Laçın dəhlizi vasitəsilə külli miqdarda hərbi texnika və canlı qüvvə toplayan erməni işğalçıları iyulun 19-da Ağdərə istiqamətində bütün cəbhə boyu əks-hücuma keçmişlər.
AĞDƏRƏAterk, Zəylik, Zərdəxaç kəndləri ermənilər tərəfindən yenidən işğal olunub.
Son günlər Yuxarı Qarabağın şimal hissəsində düşmən qüvvələri xeyli fəallaşıb.