Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Oktyabr 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

Sərhəd bölgələrində və Qarabağda atışmalar ara vermir. Ötən gecə Qubadlı rayonunun Başarat kəndi yaxınlığında vaxtaşırı olaraq atışmalar gedib. Laçının şimalında yerləşən bölmələrimiz döyüş əməliyyatlarını davam etdirirlər. Bu istiqamətdə ermənilər ciddi müqavimət göstərirlər.
Dünən axşam və ötən gecə Qazax rayonunun Bala Cəfərli, Məzəm kəndləri, Naxçıvan MR-nın Şərur rayonunun Çağazir, Yuxarı Yayçı kəndləri Ermənistan ərazisindən müxtəlif növ silahlardan atəşə tutulub.
Qarabağın cənubunda Uryandağ yüksəkliyi uğrunda döyüşlər davam edir. Burada döyüşən Füzuli bölmələri erməni mövqelərinə tutarlı zərbələr endiriblər.
Digər münaqişə zonalarında mühüm dəyişikliklər olmamışdır.