Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Oktyabr 1992 18:01

Müdafiə Nazirliyinin məlumatı

Oktyabrın 21-nə keçən gecə və bu gün döyüş bölgələrində vəziyyət əsasən dəyişməyib. Erməni ordusu həm Qarabağdakı mövqelərdən, həm də Ermənistan ərazisindən yaşayış məntəqələrimizi atəşə tutur.
Zəngilan rayonunun Kollu, Qubadlı rayonunun Başarat, Laçının Güləbird kəndlərinə top və “Qrad” tipli qurğulardan atəş açılıb. Cavab atəşilə Laçın istiqamətində düşmənin 1 PDM-i sıradan çıxarılıb və xeyli canlı qüvvəsi məhv edilib.
Dünən axşam və ötən gecə Ağstafanın Köhnəqışlaq və Tovuzun Əlibəyli kəndləri də avtomat və pulemyotlardan atəşə tutulub. Zərərçəkən olmayıb.
Qarabağ ərazisindəki Ermənistan ekspedisiya korpusunun bölmələri Cəbrayıl istiqamətində döyüşçülərimizin Quşçular və Qışlaq məntəqələrindəki mövqelərini atəşə tutublar.