Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Oktyabr 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

Oktyabrın 21-nə keçən gecə döyüş bölgələrində vəziyyət əsasən dəyişməyib. Erməni ordusu həm Qarabağdakı mövqelərimizdən, həm də Ermənistan ərazisindən yaşayış məntəqələrimizi atəşə tutub.
Zəngilan rayonunun Kolluqışlaq, Qubadlı rayonunun Başarat və Laçın rayonunun Güləbird kəndlərinə top və “Qrad” tipli qurğulardan atəş açılıb. Cavab atəşilə ermənilərin 1 PDM-i sıradan çıxarılıb.
Dünən axşam və ötən gecə Ağstafanın Köhnəqışlaq və Tovuzun Əlibəyli kəndləri də avtomat və pulemyotlardan atəşə tutulub. Zərərçəkən olmayıb.
Qarabağdakı cəbhələrdə ötən gecə nisbətən sakit keçib.