AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
TƏRTƏRDəqiq məlumat yoxdur.
Yuxarı Qarabağın Ağdərə bölgəsində erməni ekspedisiya korpusunun hissələrinin hücumlarının qarşısı Azərbaycan Ordusu tərəfindən alınıb.
Yuxarı Qarabağın Ağdərə bölgəsində məğlubiyyətə uğrayan düşmən qüvvələri necə olursa olsun hərbi üstünlüyü ələ keçirməyə çalışır.
AĞDƏRƏErmənilər Möhrətaq kəndinə hücuma keçiblər.
Yuxarı Qarabağda və bitişik bölgələrdə döyüşlər səngimir.
ZƏNGİLANİyulun 28-nə keçən gecə rayonun Kollu, Yuxarı Yeməzli, Quyudərə, Ağbiz, Seyidlər kəndləri Ermənistanın Qafan rayonu ərazisindən toplardan, PDM-dən və iriçaplı pulemyotlardan atəşə tutulub.
AĞDAMİyulun 27-nə keçən gecə rayonun Çuxurməhlə, Əhmədavar, Xıdırlı kəndləri və rayonun mərkəzi toplardan və iriçaplı pulemyotlardan Əsgəran və Xanabad istiqamətlərindən ara-sıra atəşə tutulmuşdur.
İyulun 26-na keçən gecə Əsgəran-Xanabad ətrafında xeyli canlı qüvvə və texnika toplayan düşmən Ağdam istiqamətində müdafiəmizi yarmağa cəhd göstərmişdir.
QAZAXİyulun 26-na keçən gecə Qızılhacılı, Balacəfərli kəndləri Ermənistan ərazisindən atəşə tutulmuşdur.
Ötən axşam və gecə cəbhələrimizdə əvvəlkindən xeyli sakit keçmişdir.