Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Oktyabr 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

ZƏNGİLAN

Oktyabrın 23-də gecə saat 23:00-da rayonun Kollu və Şayıflı kəndləri avtomat və pulemyotlardan atəşə tutulub. Düşmənə cavab atəşi açılıb.

QUBADLI

Dünən və bu gün Laçın rayonunun Güləbird, Qubadlının Başarat kəndlərini düşmənlər toplardan, zirehli texnikalardan və minaatanlardan atəşə tutublar. Düşmənə cavab atəşləri açılır.
Oktyabrın 23-də saat 15-16 arasında Güləbird cəbhəsində ermənilərə məxsus 1 tank, 1 PDM və 30-a yaxın canlı qüvvə məhv edilib.
Bölgədə fasilələrlə olsa da tərəflər arasında atışmalar ara vermir.

CƏBRAYIL

Rayonun ərazisində nisbi sakitlikdir.

FÜZULİ

Nisbi sakitlikdir.

AĞDAM

Dünən gecə Sırxavənd istiqamətindən rayonun Yeni Qaralar kəndi atəşə məruz qalıb. Dinc sakinlərdən 2 nəfər yüngül güllə yarası alıb.
Rayonun digər yerlərində nisbi sakitlikdir.

AĞDƏRƏ

Nisbi sakitlikdir.

TOVUZ

Tovuzda sakitlikdir.
Dünən axşam saat 18:25-də Qazax rayonunun sərhəd kəndləri Ermənistan ərazisindən atəşə tutulub.
Bu gün səhər Ağstafa rayonunun Köhnə Qışlaq kəndi Ermənistan ərazisindən avtomat və pulemyotlardan atəşə tutulub.


KƏLBƏCƏR

Nisbi sakitlikdir.

Oktyabrın 23-də, gecə saat 23:30-da Tağıyev qəsəbəsindəki hərbi hissənin postuna basqın edilib. Basqınçılar 70-80 metrlik məsafədən mühafizəçi əsgərə odlu silahdan atəş açaraq, sıravi Vaqif Ağayevi ayağından yaralamışlar. Əsgər postu qoruya bilmişdir. Basqınçılar 2 nəfər olmuşlar. Əyinlərinə isə hərbi paltar geyinmişlər. Basqınçıların axtarışı davam edir.