Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Oktyabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan ordusunun bölmələri həm sərhəd bölgələrindəki, həm də Qarabağda yerləşən yaşayış məntəqələrimizi atəşə tuturlar. Dünən və ötən gecə Ağstafanın sərhəd məntəqələri, Qazaxın Daş Salahlı, Əzizbəyli kəndləri, Qazax rayonunun özü toplardan və “Qrad” qurğularından atəşə tutulub. Qazaxda bir neçə ev dağılıb. Yaralananlar var. Ötən gecə Tovuzun Əlibəyli, Ağdam kəndləri, Gədəbəyin sərhədboyu məntəqələri də atəşə məruz qalıb. Zəngilan rayonunun Seyidlər, Qazançı, Günqışlaq və Ağkənd kəndləri Qafan istiqamətindən iriçaplı pulemyotlardan atəşə tutulub. Döyüşçülərimiz düşmənin bütün atəş cəhdlərinə layiqli cavab veriblər. Laçın rayonuun şimalında Turabxanlı kəndi yaxınlığında atışmalar olmuşdur. Qubadlı rayonunun Başarat kəndi istiqamətindəki Topağac yüksəkliyi uğrunda döyüşlər gedir. Bu gün Naxçıvan MR-nın Sədərək qəsəbəsi avtomatlardan atəşə tutulmağa başlayıb.
Dünən axşam Ağdam istiqamətində də vəziyyət gərginləşmişdir. Ağdam şəhəri Əsgəran istiqamətindən top atəşinə məruz qalıb. Şəhərdə dağıntı var. Ermənilər bu istiqamətdə yerləşən bütün mövqelərimizi ötən gecə ərzində avtomat və pulemyotlardan atəşə tutublar. Bu gün Ordumuzun Ağdərə və Ağdam bölmələri Sırxavənd istiqamətində döyüş əməliyyatlarını genişləndirərək xeyli irəliləyiblər.