Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Oktyabr 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Silahlı Qüvvələrinin Ağdam və Ağdərə bölgələrindəki bölmələri bütün cəbhə boyu hərbi əməliyyatları davam etdirirlər. Ermənilər Araçadzor, Sırxavənd istiqamətində əlavə qüvvələr toplayaraq güclü müqavimət göstərirlər.
Düşmən sərhəd bölgələrimizin atəşə tutulmasını gücləndirib. Dünən axşam və ötən gecə Qazax rayonunun ərazisi, Ağstafanın Qızılhacılı, Əlibəyli, Köhnəqışlaq kəndləri, Tovuzun sərhəd məntəqələri Ermənistan ərazisindən müxtəlif silahlardan atəşə tutulub.
Ötən gecə Zəngilan rayonunun Seyidlər, Ağkənd, Qazançı kəndləri də Ermənistanın Qafan rayonu ərazisindən avtomatlardan və pulemyotlardan atəşə tutulub.
Naxçıvan MR-nın Sədərək qəsəbəsi istiqamətində atışmalar davam edir.