AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Martın 11-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovu Xorvatiya Respublikasının prezidenti xanım Kolinda Qrabar-Kitaroviç qəbul edib.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Xorvatiya Respublikası və Sloveniya Respublikasına rəsmi səfərə gedib.
General Əlağa Şıxlinskinin anadan olmasının 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı 20 noyabr 2014-cü il tarixli sərəncamın icrası ilə əlaqədar olaraq Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrində tədbirlər silsiləsi davam edir.
Naxçıvan Qarnizonunun Zabitlər Evində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib.
Müdafiə nazirinin təsdiq etdiyi "Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 2015-ci ildə elmi iş planı"na əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında hərb elminin inkişafı sahəsində "Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi fəaliyyəti və Xəzər dənizi sahəsində aparılan elmi tədqiqatlar" mövzusunda elmi seminar keçirilib.
Türkiyə Respublikası Hərbi Hava Qüvvələri Komandanı ordu generalı Akın Öztürk ölkəmizə rəsmi səfəri proqramı çərçivəsində Azərbaycanın hərbi aerodromlarında olub.
Müdafiə nazirinin tapşırığına əsasən birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı tədris müəssisələrində Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirlər keçirilib.
C.Naxçıvanski adına hərbi liseydə Gənclər və İdman Nazirliyinin Xətai rayon şöbəsi, Xətai rayon Mədəniyyət evi ilə birgə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir keçirilib.
Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin birgə təlimləri davam edir.
Martın 9-dan 13-dək Hohenfels şəhərində (Almaniya) Kombayn Rezolv-4 təliminin yekun planlaşdırma konfransı, martın 9-dan 20-dək İzmir şəhərində (Türkiyə) hava sahəsinə nəzarət və idarəetmə kursu, martın 10-dan 11-dək İstanbul şəhərində (Türkiyə) hərbi və təhlükəsizlik tədqiqatları üzrə beynəlxalq simpozium, martın 10-dan 19-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya) ingilis dili fakültəsinin inkişafı mözusunda işçi görüşü, martın 11-dən 13-dək Belqrad şəhərində (Serbiya) əməliyyat imkanları konsepsiyası, qiymətləndirmə və analiz proqramının məlumat bazası üzrə təlim kursu keçiriləcək.