AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Martın 2-dən 6-dək Latina şəhərində (İtaliya) maddi texniki təminat üzrə funksional sahələr sistemi (LOGFAS) kursu, martın 2-dən 13-dək Ankara şəhərində (Türkiyə) silahlı münaqişə hüququ kursu keçiriləcək.
Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə xidmət edən 28.08.1990-cı ildə anadan olmuş, 07.01.2015-ci ildə Qusar rayonundan hərbi xidmətə çağırılmış əsgər Pərvanəyev Vicay Gülmət oğlu ilkin araşdırmaya əsasən kəskin ürək və tənəffüs çatışmazlığı səbəbindən martın 2-də vəfat edib.