AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan Müdafiə Nazirliyi cəbhədə uğursuz əməliyyat keçirmək cəhdindən sonra öz xalqının qəzəbindən qorxaraq vəziyyətlə bağlı növbəti dəfə dezinformasiya xarakterli məlumat yayıb.
Bakıda Əfqanıstan Milli Ordusunun yüksək vəzifəli nümayəndələri üçün "Silahlı Qüvvələr üzərində mülki nəzarət" mövzusunda beşgünlük seminar təşkil olunub.
Hörmətli xanımlar!Sizi, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edir və ən xoş arzularımı bildirirəm.
Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin məzunlarının çoxsaylı təkliflərini və şəxsi heyətin tarixi ənənələrə sədaqət ruhunda tərbiyəsinin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişi ilə cari ilin iyulun 19-da 1980-ci il məzunlarının buraxılışının 35 illik yubileyinə həsr edilmiş təntənəli görüş keçiriləcəkdir.
Martın 6-a keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu Ağdərə-Tərtər istiqamətində qoşunların təmas xəttində mövqelərimizə basqın etməyə cəhd göstərib.
Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd MiQ-29 qırıcı, 3 ədəd Su-25 hücum və İl-76 hərbi-nəqliyyat təyyarəsi və 4 ədəd Mi-17 döyüş-nəqliyyat helikopterinin iştirakı ilə Konya şəhərində yerləşən aviabazada Türkiyə Hərbi Hava Qüvvələri ilə müştərək təlimlər davam edir.
Martın 5-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ABŞ-nın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Robert Sekutanı qəbul edib.
Azərbaycan Respublikası Müdafiə nazirinin "Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə yönəldilmiş tədbirlər planı" çərçivəsində Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Hərbi Akademiyanın və Azərbaycan Peyntbol Federasiyasının (APF) təşkilatçılığı ilə "5 Mart- Bədən Tərbiyəsi və İdman Günü"nün 10 illiyinə həsr edilmiş peyntbol-tir yarışı keçirilib.
Martın 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Hərbi Hava Qüvvələri Komandanı ordu generalı Akın Öztürkü qəbul edib.