Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Mart 2015 09:00

Təlim Tədris Mərkəzində peyntbol-tir yarışı keçirilib

Azərbaycan Respublikası Müdafiə nazirinin "Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə yönəldilmiş tədbirlər planı" çərçivəsində Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Hərbi Akademiyanın və Azərbaycan Peyntbol Federasiyasının (APF) təşkilatçılığı ilə "5 Mart- Bədən Tərbiyəsi və İdman Günü"nün 10 illiyinə həsr edilmiş peyntbol-tir yarışı keçirilib.
Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra yarış açıq elan olunub. Hərbi orkestrin ifasında Azərbaycanın dövlət himni səslənib.
Açılış mərasimində Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinin rəisi, polkovnik Nazim Əlibəyov, APF-nin prezidenti, Milli Məclisin deputatı Əli Hüseynli, Gənclər və İdman Nazirliyinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) nümayəndələri cıxış ediblər.
Yarışda DİA-da təhsil alan Prezident təqaüdçüləri iştirak edib.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.