AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistanın Müdafiə naziri Seyran Ohanyanın bəyanatı, vicdanını və şərəfini günahsız dinc insanların qanı ilə ləkələmiş cəlladın növbəti uydurmasıdır.
Martın 4-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Almaniyada yerləşən Hərbi Hava Qüvvələri Komandanlığının mobil təlim qrupu tərəfindən kurs başlayıb.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 4-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Martın 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Tsuquo Takahaşini qəbul edib.
Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən "TurAz Şahini 2015" təlimləri başlayıb.
Martın 3-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Birləşmiş Təhlil və Öyrənilmiş Təcrübələr Mərkəzinin ekspertlər qrupu tərəfindən təlim kursu başlayıb.
Martın 4-də Türkiyə Respublikasının Hərbi Hava Qüvvələri Komandanı ordu generalı Akın Öztürk Azərbaycan Respublikasına rəsmi səfərə gələcək.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 4-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Martın 4-dən 6-dək Oberammerqau şəhərində (Almaniya) NATO məktəbində keçiriləcək tədbirlərin planlaşdırıcıları üçün konfrans nəzərdə tutulub.
Martın 2-də Silahlı Qüvvələrin Hərbi Akademiyasında Hərbi Təhsil Sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə NATO/ABŞ Ekspert Qrupu ilə Müdafiə Nazirliyinin mütəxəssisləri arasında növbəti işçi görüşü başlayıb.