AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Martın 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Əfqanıstan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Mohammad Taqi Xəlilini qəbul edib.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 18-də Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycan Respublikasının NATO ilə "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı"nın (FTƏP) və "Planlaşdırma və Analiz Prosesi" (PAP) sənədinin Müdafiə Nazirliyinə aid hissəsinin həyata keçirilməsinin qiymətləndirməsi üzrə NATO-nun Beynəlxalq Qərargahının ekspertlər qrupu ilə işçi görüşü başlayıb.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 18-də Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Sloveniya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Çepovan kəndində yerləşən qardaşlıq qəbiristanlığında dəfn olunmuş Sovet İttifaqı və Sloveniya Qəhrəmanı Mehdi Hüseynzadənin məzarını ziyarət edib.
Sloveniyada səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənovu bu ölkənin parlamentinin sədri doktor Milan Brqlez qəbul edib.
Martın 16-dan 20-dək Zalsburq şəhərində (Avstriya) əməliyyat imkanları konsepsiyası qiymətləndirmə və rəy proqramı çərçivəsində qiymətləndiricilər üçün təlim kursu, Helsinki şəhərində (Finlandiya) əməliyyat imkanları konsepsiyası qiymətləndirmə və rəy proqramı üzrə quru qoşunları döyüş hazırlığının qiymətləndirilməsi kursu, martın 18-dən 20-dək isə Minsk şəhərində (Belarusiya) beynəlxalq hümanitar hüququn tətbiqi üzrə 5-ci regional seminar keçiriləcək.
Mühəndis istehkamçıların təlim mərkəzində mühəndis bölmələri ilə taktiki məşğələ keçirilib.
Əlahiddə Ümumqoşun Ordusunda hərbi qulluqçular arasında 100 metr məsafəyə qaçış üzrə yarış keçirilib.