Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Mart 2015 09:00

Əlahiddə Ümumqoşun Ordusunda yarış keçirilib

Əlahiddə Ümumqoşun Ordusunda hərbi qulluqçular arasında 100 metr məsafəyə qaçış üzrə yarış keçirilib.
118 idmançının iştirak etdiyi turnirdə qalib komandalar müəyyən edilib. Fərdi hesabda isə müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerlərə əsgərlər Əhməd Cəfərov, Araz Əsədov və Camal Novruzov layiq görülüblər.
Yarışların yekununda qalib hərbi qulluqçular və komandalar fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.