Bakıda Əfqanıstan Milli Ordusunun yüksək vəzifəli nümayəndələri üçün "Silahlı Qüvvələr üzərində mülki nəzarət" mövzusunda beşgünlük seminar təşkil olunub.
ADA Universitetində keçirilən tədbirdə Azərbaycanın dövlət qurumlarının və NATO-nun nümayəndələri modullar üzrə müxtəlif mövzularda brifinqlər təqdim ediblər.
Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Namiq Həmidli "Silahlı Qüvvələr üzərində mülki nəzarət sahəsində Azərbaycan təcrübəsi" adlı mühazirə ilə çıxış edərək müzakirələrə qatılıb.