Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Mart 2015 09:00

Maddi-Texniki Təminat Baş İdarəsində Beynəlxalq Qadınlar Günü ilə bağlı tədbir keçirilib

Müdafiə nazirinin tapşırığına əsasən birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı tədris müəssisələrində Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirlər keçirilib.
Maddi-Texniki Təminat Baş İdarəsində də tabelikdə xidmət edən hərbi və mülki qadın qulluqçularla bayram münasibətilə görüş keçirilib. Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-mayor Qorxmaz Qarayev tədbirdə çıxış edərək bayram münasibətilə xanımları təbrik edib.
Qadınlar bayramını bəşəriyyət tarixində ən əlamətdar günlərdən biri kimi dəyərləndirən nazir müavini bildirib ki, Azərbaycan qadınının rolu cəmiyyətdə getdikcə artır, o, ictimai-siyasi, mədəni həyatın fəal iştirakçısına çevrilir. Onun sözlərinə görə, Azərbaycan qadını cəmiyyətdə ən yüksək hörmət və ehtirama layiqdir. Sonra xanımlara hədiyyə və gül dəstələri təqdim edib.
Qadınlar adından söz alan gizir Kəmalə Vəlixanova onlara göstərilən yüksək diqqət və qayğıya görə həm Müdafiə Nazirliyinin, həm də Maddi-Texniki Təminat Baş İdarəsinin rəhbərliklərinə minnətdarlığını çatdırıb.