Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Mart 2015 09:00

Silahlı Qüvvələrin Hərbi Akademiyasında elmi seminar keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi "Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 2015-ci ildə elmi iş planı"na əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında hərb elminin inkişafı sahəsində "Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi fəaliyyəti və Xəzər dənizi sahəsində aparılan elmi tədqiqatlar" mövzusunda elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev açıb. O, orduda idarəetmənin və qərar qəbuletmənin təkmilləşdirilməsində geoinformasiya, hərbi topoqrafiyada 3D xəritələşdirmə sistemlərinin inkişaf perspektivlərindən danışıb.
Daha sonra məruzə ilə AMEA-nın Coğrafiya İnstitutunun direktoru akademik Ramiz Məmmədov çıxış edib.
Əlavə məruzə ilə Hərbi Akademiyasının Adyunktura və elm şöbəsinin rəisi texnika elmləri namizədi, dosent, polkovnik Elşən Həşimov çıxış edib.
Elmi-praktiki cəhətdən əhəmiyyətli olan məruzə ətrafında diskussiyalar aparılıb və dinləyicilərin sualları məruzəçilər tərəfindən cavablandırılıb.