Naxçıvan Qarnizonunun Zabitlər Evində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib.
Əlahiddə Ümumqoşun Ordusunun zabiti polkovnik Mirqiyas Rüstəmov tədbiri açıq elan edərək Müdafiə naziri və Ordu Komandanının təbrikini tədbir iştirakçılarına çatdırıb. O, bildirib ki, bu gün ordu sıralarında xidmət edən hərbi və mülki qadın qulluqçular öz hüquq və vəzifələrini dərk edərək xidmətlərini Nizamnamələrin tələbləri çərçivəsində yerinə yetirir, bütün tapşırıqların öhdəsindən layiqincə gəlirlər.
Sonra hərbi və mülki qadın qulluqçular qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Tədbirin sonunda Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivinin maraqlı proqramla çıxışı alqışlarla qarşılanıb.