Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Mart 2015 09:00

"TurAz Şahini 2015" təlimi davam edir

Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin birgə təlimləri davam edir. Ötən gün simvolik olaraq şəxsi heyətin iştirakı ilə qurban kəsilməsi mərasimi keçirilib.
Mərasimdə Türkiyə HHQ-nin aviabaza komandiri çıxış edərək təlim iştirakçılarına uğurlar diləyib.
MiQ-29, Su-25, Mi-17 tipli təyyarə və helikopterlərin pilotları ilə keçirilən dərslərə əsasən uçuşların hazırlığına davam etdirilib. Heyətlər uçuş xəritələrində aerodrom və təlim rayonunun ərazisini öyrənərək çalışma tapşırıqlarını yerinə yetirib, təhlükəsizlik qaydaları və hündürlük hesabatlarını aparıblar.
Təlimlər davam edir.