Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Mart 2015 09:00

Türkiyə Respublikası Hərbi Hava Qüvvələri Komandanının Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Respublikası Hərbi Hava Qüvvələri Komandanı ordu generalı Akın Öztürk ölkəmizə rəsmi səfəri proqramı çərçivəsində Azərbaycanın hərbi aerodromlarında olub.
Qonağa hərbi obyektlərdə aviasiya vasitələrinin istifadə imkanları və tapşırıqları, aerodromların texniki təminatı və ümumi vəziyyəti, o cümlədən ərazidəki infrastruktura dair məlumat verilib.
Azərbaycan Hərbi Hava Qüvvələri ilə yaxından tanış olan ordu generalı A.Öztürk uçuş və texniki heyətin təlim-döyüş hazırlığını və bacarığını yüksək qiymətləndirib.