Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 20 Avqust 2007 00:01

Azərbaycan Respublikası ilə Litva arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq avqustun 20-dən dekabrın 14-dək Vilnüs şəhərində “İngilis dili” kursu;Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq avqustun 20-dən 24-dək Muğla şəhərində “Reliant Mermaid” təlimi, avqustun 29-da Ankara şəhərində Türkiyə Respublikası Quru Qoşunları Məktəbi məzunlarının, avqustun 31-də İstanbul şəhərində Türkiyə Respublikası Hərbi Dəniz Məktəbi məzunlarının buraxılış mərasimləri;Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq avqustun 20-dən 22-dək Bakı şəhərində hidroqrafiya sahəsində əməkdaşlıq, Qazaxıstan Respublikası NDQ zabitlərinin Azərbaycan Respublikası HDQ gəmilərində staj keçməsi məsələlərinin müzakirəsi məqsədilə Qazaxıstan Respublikası HDQ nümayəndə heyətinin səfəri;NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq avqustun 27-dən 31-dək Bakı şəhərində NATO-nun Brunsumdakı Birləşmiş Qüvvələr Komandanlığının Ekspert Qrupunun iştirakı ilə OCC bölüyünün özünü-qiymətləndirmə təliminin yekun planlaşdırma konfransı;Azərbaycan Respublikası ilə ABŞ arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq avqustun 27-dən 31-dək Kişlinq şəhərində (AFR) ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələri Çavuş Məktəbinə tanışlıq səfəri keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 20 Avqust 2007 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 19-da saat 20:30-dan saat 02:50-dək Ağdam rayonunun Cəvahirli, Baş Qərvənd və Tağıbəyli kəndlərinin, Tərtər rayonunun Cerabert, Çaylı və Karmiravan kəndlərinin, həmçinin Goranboy rayonunun Tapqaraqoyunlu və Borsunlu kəndlərinin yaxınlığındakı mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 18 Avqust 2007 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 17-si və 18-də saat 22:30-dan 22:50-dək Ağdam rayonunun Nəmirli kəndinin 0,2 km cənub-şərqində yerləşən mövqelərindən və saat 23:30-dan 00:05-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin 1 km cənub-şərqində yerləşən mövqelərindən, həmçinin saat 23:55-dən 00:05-dək həmin rayonun ərazisində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin başqa bir postundakı üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 17 Avqust 2007 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 16-sı və 17-də müxtəlif saatlarda Tərtər rayonunun Cerabert kəndinin şərqində və cənub-şərqində yerləşən mövqelərindən, Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin şərqində və cənub-şərqində yerləşən mövqelərindən, Ağdam rayonunun Şıxlar kəndinin cənub-şərqində yerləşən mövqelərindən, həmin rayonun Sarıcalı kəndinin şimal-qərbində və Məmmədbağırlı kəndinin cənub-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 16 Avqust 2007 00:01

Son günlər Azərbaycan mediası Rusiya nəşrlərində yayılan məlumatlara istinad edərək ölkəmizin Rusiya Federasiyasından silah və texnika almaq barədə guya ki, imzalanan sazişdən ardı-arası kəsilmədən xəbərlər dərc edir.

Müdafiə Nazirliyinin məlumatı 16 Avqust 2007 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 15-də saat 23:10-dan 23:50-dək Tərtər rayonunun Göyarx kəndinin 0,3 km şimalında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 15 Avqust 2007 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 14-ü və 15-də müxtəlif saatlarda Tərtər rayonunun Çaylı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndlərinin ətrafında yerləşən mövqelərindən, İcevan rayonunun Berkaber kəndinin şimal-şərqində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Məzəmli kəndlərini, həmçinin Ağdam rayonunun Baş Qərvənd, Acarlı kəndlərinin şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 14 Avqust 2007 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 14-də saat 01:50-dən saat 05:15-dək Tərtər rayonunun Borsunlu kəndinin 3 km cənub-qərbində yerləşən mövqelərdən üzbəüz mövqelərimizi avtomat və iriçaplı pulemyotlardan, Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin 2 km cənub-şərqində yerləşən mövqelərdən, Ağdam rayonunun Baş Qərvənd kəndinin 2 km cənub-şərqində yerləşən mövqelərdən, həmçinin həmin rayonun Şurabad kəndinin 2,5 km cənub-şərqində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 13 Avqust 2007 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 12-də saat 22:05-dən avqustun 13-ü saat 04:40-dək Ağdam rayonunun Cəvahirli, Baş Qərvənd, Kəngərli, Acar kəndlərinin ətrafında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonda yerləşən Çıraqlı, Əhmədağalı, Sarıcalı və Məmmədbağırlı kəndlərinin yaxınlığındakı mövqelərimizə, Goranboy rayonunun Tapqaraqoyunlu və Tərtər rayonunun Həsənqaya kəndinin ətrafında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 11 Avqust 2007 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 10-u və 11-də saat 19:55-də bir dəfə, saat 22:10-dan 22:20-dək Ağdam rayonunun Cəvahirli və saat 04:30-dan 05:00-dək Şıxlar kəndinin cənub-şərqində yerləşən mövqelərdən, saat 00:10-dan 00:30-dək Tərtər rayonunun Karmiravan və Yarımça kəndlərinin cənub-şərqində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.